Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib - VİDEO - YENİLƏNİB

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib - VİDEO  - YENİLƏNİB
# 08 iyun 2021 03:49 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

20.28

Ermənistanın xarici işlər naziri Ara Ayvazyandan sonra onun bütün müavinləri də tam tərkibdə istefa verib.

APA “armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir müavinləri keçən həftə Baş nazirin ofisinə istefa ərizələrini təqdim ediblər.

Saytın məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan da artıq istefa ərizəsini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR