Ermənistanda koronavirusa yoluxanların sayı 248 397-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 248 397-ə çatıb
# 11 sentyabr 2021 11:06 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 731 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 248 397-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 16 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4995-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR