Ermənistanda son sutkada COVID-19-a 1011 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada COVID-19-a 1011 yoluxma qeydə alınıb
# 18 sentyabr 2021 11:12 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1011 yeni yoluxma qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların ümumi sayı 253093-ə çatıb.

Son sutka ərzində infeksiyadan 16 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5117 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR