Gürcüstanın Ali Məhkəməsi ölkənin sabiq müdafiə nazirini 5 il azadlıqdan məhrum edib 

Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili

© APA | Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili

# 07 sentyabr 2021 21:15 (UTC +04:00)

Gürcüstanın Ali Məhkəməsi ölkənin sabiq müdafiə naziri Davit Kezeraşvilini 5 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə müttəhimin vəkili Giorgi Gelxauri məlumat yayıb. Bildirilib ki, məhkəmə sabiq naziri 2007-2008-ci illərdə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərlə əlaqədar 5 milyon 60 min avro mənimsəməkdə ittiham edib.

Qeyd edək ki, ölkənin Appelyasiya Məhkəməsi 2017-ci ildə iş üzrə sabiq nazirə bəraət hökmü verib. Vəkil G.Gelxauri Ali məhkəmənin qərarı ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəyini bildirib.

Qeyd edək ki, D.Kezeraşvili "Formula" telekanalının təsisçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR