Krımda avtomobilin uçuruma aşması nəticəsində hamilə qadın və yeniyetmə ölüb

Krımda avtomobilin uçuruma aşması nəticəsində hamilə qadın və yeniyetmə ölüb
# 20 sentyabr 2021 01:22 (UTC +04:00)

Krımda avtomobilin uçuruma aşması nəticəsində maşının içərisində olan hamilə qadın və 13 yaşlı yeniyetmə dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyası məlumat yayıb.

Bildirilib ki, avtomobil təxminən 200 metr yüksəklikdən dərəyə aşıb. Avtomobildə 4 sərnişin olub. Onlardan 3-ü böyük, biri isə azyaşlı olub.
Yaralılar Yaltadakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxmasına yağan yağışın yolu sürüşkən etməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR