Rusiyada avtobus qəzaya uğrayıb, 12 nəfər xəsarət alıb

Rusiyada avtobus qəzaya uğrayıb, 12 nəfər xəsarət alıb
# 03 oktyabr 2021 04:03 (UTC +04:00)

Rusiyanın Xabarovsk diyarında avtobusun qəzaya uğraması 12 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə region üzrə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi İdarəsinin mətbuat xidmətindən bildirilib.

“İlkin məlumata görə, qəza nəticəsində 12 nəfər təcili tibbi yardıma müraciət edib, onların hamısı Troitskoye kəndinin Mərkəzi Regional Xəstəxanasına yerləşdirilib”, - deyə mənbə qeyd edib.

Bildirilir ki, içərisində 30 nəfərin olduğu avtobus idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq xəndəyə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR