Rusiyada daha 8937 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 8937 nəfər COVID-19-a yoluxub
# 21 may 2021 13:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8937 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 983 845 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 117 839 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR