Rusiyada evdə yanğında beşi uşaq olmaqla, altı nəfər ölüb

Rusiyada evdə yanğında beşi uşaq olmaqla, altı nəfər ölüb
# 07 iyul 2021 10:27 (UTC +04:00)

Rusiyanın Smolensk vilayətinin Peçinok şəhərində fərdi yaşayış evində baş verən yanğında altı nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, xilasetmə xidmətindən ölənlərdən beşinin uşaq olduğu bildirilib.

Yanğında ölən digər şəxsin isə yaşlı qadın olduğu açıqlanıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR