Rusiyada koronavirusdan ölənlərin sayı 182 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 182 mini ötüb
# 30 avqust 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 325 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 901 152 nəfərə çatıb.

Son sutka ərzində 792 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 182 429 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR