Rusiyalı milyarder koronavirusdan dünyasını dəyişib

Rusiyalı milyarder Oleq Burlakov

© APA | Rusiyalı milyarder Oleq Burlakov

# 26 iyun 2021 22:55 (UTC +04:00)

Rusiyalı milyarder və “Stroylesbank”ın ortaq sahibi Oleq Burlakov 72 yaşında koronavirusdan ölüb.

APA Rusiya mediasına istinadla bildirir ki, bu barədə “Forbes” jurnalı tanış milyarderə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Burlakov iyunun 23-də son bir neçə ildir yaşadığı Monakoda vəfat edib. Ölümündən az əvvəl Moskvaya qayıdıbmış.
Bununla belə, ailə üzvləri bununla bağlı açıqlama verməyiblər.

Oleq Burlakov 2021-ci ilin məlumatına görə, Rusiyanın ən varlı adamlarının siyahısında 166-cı yerdəydi. Onun varidatı 650 milyon dollar qiymətləndiriir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR