Rusiyanın maarif nazirinin sabiq müavini tutulub

Marina Rakova

© APA | Marina Rakova

# 06 oktyabr 2021 12:53 (UTC +04:00)

Rusiyanın maarif nazirinin sabiq müavini Marina Rakova saxlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi Mariya Volk bildirib.

O, M. Rakovanın hazırda DİN-in Moskva üzrə Baş İstintaq İdarəsində olduğunu qeyd edib.

“Müstəntiqlər Marina Rakova ilə bağlı istintaq hərəkətləri aparırlar”, - Rusiya DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sabiq nazir müavini 50 milyon rubldan çox yeyintidə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR