Lənəkəran UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil olub

Lənkəran

© APA | Lənkəran

# 08 noyabr 2021 18:55 (UTC +04:00)

Azərbaycanın qastranomiya paytaxtı Lənkaran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində Lənkəran şəhəri şəbəkənin “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər siyahısına salınıb.

Bildirilib ki, Daimi Nümayəndəliyimiz tərəfindən Lənkəran şəhərinin tarix, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, qastronomiyası haqqında lazımi məlumatlar toplanaraq UNESCO-ya təqdim edilib.

Qeyd edək ki, UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 49 şəhər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR