Şamaxı rayonundakı “Türbələr kompleksi”ndə təmizlik işləri aparılıb

Şamaxı rayonu Kələxana türbələri

© APA | Şamaxı rayonu Kələxana türbələri

# 21 may 2021 10:39 (UTC +04:00)

Şamaxı rayonu Kələxana kəndində yerləşən “Türbələr kompleksi”nin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-səhman yaradılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, təmizlik işlərini Dövlət Xidmətinin Qəbələ regional idarəsi aparıb.

Qeyd edək ki, Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi” bərpa edilmək üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR