Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı saxlanılıb

Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı saxlanılıb
# 22 iyun 2007 11:59 (UTC +04:00)
Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və əməkdaşı Elçin Həsənov polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya E. Məmməd məlumat verib. Baş redaktor bildirib ki, bu gün onları Sumqayıt Dövlət Universitetinə çağırıblar: “Universitetdə prorektor Məmməd Əhmədovla görüşdük. Sonra şəhər Polis İdarəsinin birinci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə gətirdilər. Hazırda bölmədəyik, indiyədək bizi buraya gətirmələrinin səbəbini deməyiblər”. Qeyd edək ki, adıçəkilən şəxslərin adı xaricdən siyasi sığınacaq almaq üçün müraciət etmiş 24 jurnalistin siyahısında var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR