Mədəni irs nümunələrinin vəziyyəti ilə tanışlıq üçün Ağdama media-tur təşkil olunub

Ağdam Dram Teatrının qalıqları

© APA | Ağdam Dram Teatrının qalıqları

# 04 iyun 2021 10:45 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə media-tur təşkil edilib.

APA-nın əməkdaşı xəbər verir ki, səfərdə məqsəd mədəni irsin vəziyyəti ilə tanış olmaqdır.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən mədəni irs nümunələri - Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Dram Teatrı, “İmarət” kompleksi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscid və s. yerlərə baxış keçirilməsi nəzərdə tutulur.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR