MN: Ermənistan yalan xəbərlər yaymaqla ordusunda həlak olanlar barədə məlumatları gizlətmək məqsədi güdür

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 29 avqust 2021 13:55 (UTC +04:00)

“Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR