Prezident: “27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 noyabr 2021 10:59 (UTC +04:00)

“Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident bildirib ki, münaqişəni Azərbaycan özü həll edib: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı.

Biz BMT Xartiyasının 51-ci maddəsinə istinad edərək, öz müdafiə hüququmuzdan istifadə edərək, beynəlxalq hüquq çərçivəsinə arxalanaraq bundan istifadə etdik. Çünki nəinki BMT-nin Təhlükəsizlik Şurası, həmçinin digər beynəlxalq təsisatlar oxşar qərarları və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etmişdilər. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA müxtəlif vaxtlarda oxşar qərar və qətnamələri qəbul etmişdi və burada onların qətnaməsi də bizim münaqişə ilə bağlı olan qətnamələr idi. Və biz ötən il öz ərazilərimizi azad etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR