Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

© APA | Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

# 05 noyabr 2021 13:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

APA xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

***

12:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR