Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb

Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb
# 31 avqust 2021 15:15 (UTC +04:00)

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, idmançı qadınların 100 m məsafəyə qaçışında fərqlənib.

11,99 saniyə ilə şəxsi rekorduna imza atan Lamiyə Vəliyeva 2-ci yeri tutub.

Bununla da yığmamız Tokio-2020-dəki medal sayını 15-ə çatdırıb. Bu, komandamızın ilk gümüş medalı olub. Digər mükafatlardan 10-u qızıl, 4-ü bürüncdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR