Tokio-2020: Paracüdoçularımız birinci yerə yüksəlib

Tokio-2020:  Paracüdoçularımız birinci yerə yüksəlib
# 30 avqust 2021 01:39 (UTC +04:00)

Azərbaycan paracüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar.

Apasport.az saytının məlumatına görə, millimiz medalların həm əyarı, həm də sayına görə digər ölkələrin komandalarını qabaqlayıblar.

Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yeri tutub (iki qızıl medal).

Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR