Cibuti və Mavritaniya dövlət başçıları Azərbaycan Prezidentini təbrik ediblər

Cibuti və Mavritaniya dövlət başçıları Azərbaycan Prezidentini təbrik ediblər

© APA | Prezident İlham Əliyev

# 09 iyun 2021 17:50 (UTC +04:00)

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

APA xəbər verir ki, Cibuti Prezidentinin təbrikdə deyilir:

"Cənab Prezident.

Qardaş Azərbaycan xalqının əlamətdar milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə və xalqınıza daha böyük tərəqqi, rifah və firavanlıq arzulayıram.

Cibuti Hökuməti və xalqı da bu təbriklərə qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edir.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, uzaqgörən rəhbərliyinizlə ölkənin inkişaf istiqamətlərinin şaxələndirilməsi nəticəsində əldə olunan iqtisadi dirçəliş alqışa layiqdir.

Ölkəmiz Azərbaycanla bir çox məsələlərdə həmrəydir. Qətiyyətlə inanırıq ki, xalqlarımızın firavanlığı naminə iki ölkənin strateji tərəfdaşlığını və qarşılıqlı faydalı mənafelərini dəstəkləmək əzmi də bundan qaynaqlanır.

Cənab Prezident, bir daha Sizə ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə qardaş salamlarımı qəbul etməyinizi xahiş edirəm".

Mavritaniya dövlət başçısının təbrikində isə deyilir:

“Zati-aliləri, əziz qardaşım.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, ölkələrimizin qarşılıqlı mənafeyinə xidmət edən əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsi üçün səylərimizi qətiyyətlə artıracağıq.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR