II Elizabet Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet

© APA | Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet

# 24 may 2021 13:20 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR