Prezident: “Qubadlıdan sonra zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq” - VİDEO

Prezident İlham Əliyev Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşdə

© APA | Prezident İlham Əliyev Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşdə

# 25 oktyabr 2021 15:46 (UTC +04:00)

“Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz”.

APA-nın məlumatına görə, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR