Qusarda yolun tikintisi üçün AAYDA-ya 5,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 06 avqust 2021 15:25 (UTC +04:00)

Prezident İlham Əliyev Qusar rayonunun Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR