Azərbaycan Rusiyadan avtomobil idxal edən ölkələrin ilk onluğunda yer alıb

#
# 11:25
20 aprel 2021

Azərbaycan ötən il Rusiyadan ən çox avtomobil idxal edən ölkələrin ilk onluğuna daxil olub.

"APA-Economics" Rusiya İxrac Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, idxal üzrə liderliyi Belarus və Qazaxıstan qoruyur. Bu ölkələrə müvafiq olaraq 34 608 və 23 466 avtomobil ixrac olunub. Üçüncü yerdə olan Özbəkistana isə 5 078 avtomobil tədarük edilib.

Ümumilikdə, ilk onluğa əsasən MDB ölkələri daxil olub – Azərbaycan, Ermənistan, Ukrayna, Türkmənistan və Qırğızıstan.

Bununla yanaşı, siyahıda həmçinin Vyetnam (1 135 avtomobil) və Almaniya (955 avtomobil) da yer alıb.

Bildirilir ki, ümumilikdə, ötən il Rusiya istehsalı olan avtomobillər 93 ölkəyə tədarük olunub. Ən kiçik tələb Küveyt, Efiopiya, Norveç və Çernoqoriyada qeydə alınıb. Bu ölkələrin hər birinə ötən il cəmi bir avtomobil tədarük edililb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR