Azərbaycanda rəqəmsal reklamların stimullaşdırılmasına dair təkliflər hökumətə təqdim olunub

#
# 16:32
14 aprel 2021

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən rəqəmsal reklamların stimullaşdırılmasına dair təkliflər hökumətə təqdim olunub.

Caspian Energy Clubdan “APA-Economics”ə verilən məlumata görə, bunu Agentliyin İdarə Heyətinin sədrinin müavini Orxan Əliyev “Online B2G Forum”da çıxış edərkən deyib.

Görüşdə əsasən açıq məkandakı reklamların qiymət siyasətinə, qanunvericiliyin iş adamlarına yaratdığı şəraitə toxunulub.

O. Əliyevin sözlərinə görə, bir sıra innovativ texnoloji həlləri tətbiq edən Agentlik bu sahədə dünya təcrübəsini araşdırmaqda davam edir.

Agentliyin İdarə Heyətinin sədrinin müavini eyni zamanda reklamların ölçmə mexanizmləri, onlara baxış sayını müəyyənləşdirən texnologiyaların tətbiqi üçün üçüncü tərəflərin təkliflərinə dövlət qurumunun açıq olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR