Azərbaycanın Gürcüstandan dərman idxalı kəskin azalıb

Azərbaycanın Gürcüstandan dərman idxalı kəskin azalıb
# 22 yanvar 2020 14:40 (UTC +04:00)

Ötən il Azərbaycan Gürcüstandan 27 340,8 min ABŞ dollar dəyərində 878,4 ton dərman idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən dərmanın həcmi 2018-ci illə müqayisədə 2,5 dəfə və ya 1292,8 ton azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan dəyəri 32 817,9 min dollar olan 2 171,2 ton dərman idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR