LVMH-in gəlirləri kəskin azalıb

LVMH-in gəlirləri kəskin azalıb
# 16 oktyabr 2020 10:32 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Fransanın "LVMH Moet Hennessy – Louis Vuitton" (LVMH) şirkətinin gəlirləri illik ifadədə 21% azalaraq 30,348 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə ən böyük azalma "Seçmə pərakəndə ticarət" və "Saat və zərgərlik" bölmələrində qeydə alınıb – müvafiq olaraq 32% və 31%. Ən kiçik azalma isə "Moda və dəri məmulatları" (12%) və "Şərab və alkoqollu içkilər" (15%) seqmentlərində olub.

Bu ilin III rübünün nəticələrinə görə, şirkətin gəlirləri 7% azalıb. Ötən rüb ərzində də ən böyük itkilər "Seçmə pərakəndə ticarət" seqmentində qeydə alınıb – 29%, ən kiçik azalma isə "Şərab və alkoqollu içkilər" bölməsində olub – 3%. Eyni zamanda, "Moda və dəri məhsulları" seqmentində gəlirlər III rübdə 12% artıb.

Qeyd edək ki, baş qərargahı Parisdə yerləşən LVMH şirkəti "Louis Vuitton", "Givenchy", "Guerlain", "Kenzo", "Moet & Chandon", "Hennessy" və digər ticarət nişanları altında lüks məhsullar istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR