Tenderlərin yekun protokolu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır

Tenderlərin yekun protokolu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır
# 17 avqust 2020 10:34 (UTC +04:00)

13 avqust 2020-ci il tarixdən etibarən elektron satınalma vasitəsilə həyata keçirilən açıq tenderlərin nəticələri haqqında dövlət satınalmalarının vahid internet portalında formalaşan tender komissiyasının yekun protokolu qaydalara əsasən çap olunmalıdır.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, protokol tender komissiyasının bütün üzvləri tərəfindən imzalandıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR