Azərbaycana mobil telefonların idxalı kəskin artıb

Azərbaycana mobil telefonların idxalı kəskin artıb
# 16 may 2021 10:15 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycana 184 919 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, fevral ayı ilə müqayisədə martda idxal 23,1% artıb. Martda idxal olunan məhsulların dəyəri 27 649,4 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisini 15% üstələyir.

Həmçinin bildirilib ki, ümumilikdə, cari ilin yanvar-mart aylarında ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 72,6% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 75 144,6 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk rübünün göstəricisini 98,5% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR