Sabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır

Sabah Bakıda 100 şirkətin iştirakı ilə beynəlxalq səhiyyə sərgisi başlayır
# 23 sentyabr 2008 13:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Sentyabrın 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək.
«İteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, sərgiyə 19 ölkənin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «HB Co. Ltd.», «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical», ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov zavodu» və s. iştirak edəcək.
Sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə olacaq. Sərgidə tədbir iştirakçıları tibbi texnika və avadanlıqların ən son modellərini nümayiş etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR