Azərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur

Azərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur
# 10 oktyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə sahibkarlıq sahəsində qeydiyyatla bağlı yeni qurumun yaradılmasını təklif edəcək. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi»nin rəhbəri Boris Devyak bildirib.
«Biz Azərbaycan üçün tamamilə yeni məhsul təklif edəcəyik ki, bu da, icazələrin və lisenziyaların reyestridir. Hazırda bu məsələyə dair İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparırıq. Öz növbəsində Azərbaycan hökuməti bu məhsulu qiymətləndirir və tətbiqində maraqlıdır», - deyə B.Devyak bildirib.
Layihə rəhbərinin sözlərinə görə, 2008-ci ilin sonuna kimi bu layihənin planı Azərbaycan hökumətinə təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR