Azərbaycanda özəlləşdirilmiş müəssisələrinin rəqabət qabiliyyəti və ixrac potensialının artırılmasının dəstəklənməsi layihəsinin icrasına başlanıb

Azərbaycanda özəlləşdirilmiş müəssisələrinin rəqabət qabiliyyəti və ixrac potensialının artırılmasının dəstəklənməsi layihəsinin icrasına başlanıb
# 20 oktyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasının dəstəklənməsi layihəsinin icrasına başlanılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Layihənin icraçısı olan «Region Consult» MMC tərəfindən özəlləşdirilmiş müəssisələrin rəhbər işçiləri üçün bu gündən müxtəlif mövzularda seminarların keçirilməsinə başlanıb. Oktyabrın 23-dək davam edəcək seminarlarda ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid, respublikanın müxtəlif regionlarında yerləşən bir sıra özəlləşdirilmiş müəssisələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə «Ploutos Capital», Avropa Yenidənqurma və İnkişaf Bankı, «McCann Erickson», GTZ, «SGS Moody İnternational», CİİC, «Meqras» və digər şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçiriləcək. Tədbir zamanı təcrübəli mütəxəssislər tərəfindən maliyyə ortaqlarının (investisiya bankçılığı) və strateji tərəfdaşların cəlb edilməsi ilə bağlı məruzələrlə çıxış edəcəklər. Seminarda müəssisə nümayəndələrini şirkətlərdə marketinqin təşkili və marketinq işi, habelə özəl sektorun inkişafı yolları ilə bağlı beynəlxalq təcrübə ilə tanış edəcəklər. Bütün bunlarla yanaşı investisiya fondları, onların təşkili və fəaliyyəti, İSO standartlaşdırılması, veb-saytların hazırlanması və təqdimatı ilə bağlı da müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR