Gələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir

Gələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir
# 28 oktyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 2009-cu il ərzində sahibkarlar tərəfindən əvvəllər alınmış kreditlərdən 40 mln. manatın qaytarılacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, 2008-ci il ərzində SKMF dövlət büdcəsindən Fonda ayrılan 80 mln. manatı tam həcmdə yerləşdirib: «Bu il ərzində Fonda 20 mln. manat məbləğində vəsait qaytarılıb ki, qaytarılmış kreditlər yeni investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Gələn il isə bu rəqəmin 2 dəfədən çox artacağı gözlənilir».
Qeyd edək ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Bu ilki dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR