Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini təyin olunub

Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini təyin olunub
# 18 noyabr 2008 16:17 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin əmri ilə Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib. “APA-Economics”ə hökumətdəki mənbələrdən verilən məlumata görə, SKMF-in icraçı direktorunun vəzifəsinin icrası da hələlik Şirzad Abdullayevə tapşırılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bu məlumatı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Şirzad Abdullayev bundan əvvəl Azərbaycan Milli Bankının hüquq departamentinin direktor müavini vəzifəsində çalışıb. O, iqtisadi elmlər doktorudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR