Azərbaycanda son bir ayda 1 425 vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb

Azərbaycanda son bir ayda 1 425 vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb
# 24 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin oktyabrın 20-dən noyabrın 16-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 1 425 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək barələrində müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirlər nəticəsində 838 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 80 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 141 vergi ödəyicisi aşkar edilib, 230 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olması faktları müəyyənləşdirilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 48 vergi ödəyicisində 52 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 41 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 34 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 1 177,1 manat dəyərində 186 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR