Azərbaycanda keçirilən son pul hərracında iki emal müəssisəsi satılıb

Azərbaycanda keçirilən son pul hərracında iki emal müəssisəsi satılıb
# 12 yanvar 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən yanvarın 7-də keçirilmiş 495-ci pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmləri satılmış səhmdar cəmiyyətləri «Xırdalan Süd» və «Xırdalan Xəz» səhmdar cəmiyyətləridir.
Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 2 488 816,2 manat təşkil edib. Səhmdar cəmiyyətləri 1 ədədinin nominal dəyəri 2 manat olan 1 244 408 səhm buraxıb. Satışa ümumi nominal dəyəri 746 816 manat, ilkin hərrac qiyməti isə 373 408 manat olan 373 408 səhm çıxarılıb. Satışa çıxarılmış səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR