AKİA bu il 140-dan çox qadın sahibkara 1,7 mln. manat kredit ayırıb

Leyla Məmmədova

© APA | Leyla Məmmədova

# 30 iyun 2021 10:59 (UTC +04:00)

Təkсə 2020-ci ildə, pandemiya şəraitinə baxmayaraq, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 448 qadın sahibkara 4,4 mln. manat məbləğində kredit ayrılıb, 2,3 mln. manat dəyərində isə güzəştlər verilib.

"APA-Economics" xəbər verir ki, bunu AKİA-nın sədr müavini Leyla Məmmədova USAID tərəfindən dəstəklənən Qadınların Milli Biznes Gündəliyi platformasının yaradılmasına həsr olunmuş tədbirə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu ilin ilk yarısında isə 143 sahibkar qadın AKİA tərəfindən ayrılan 1,7 mln. manat məbləğində kreditlərdən və 1,7 mln. manatlıq güzəştlərdən istifadə edib.

"İnanırıq ki, bu maliyyə alətləri vasitəsilə qadın sahibkarlar qısa və uzun müddətdə öz bizneslərini genişləndirəcək və bu da, öz növbəsində, biznesə yeni başlayan qadın sahibkarlara böyük motivasiya olacaq, məşğulluq probleminin həllinə müsbət təsir edəcək, eyni zamanda kənd təsərrüfatı sektorunda aktivliyin artırılmasına səbəb olacaq", - deyə L. Məmmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR