Azərbaycan alkoqollu içkilərin ixrac və idxalını artırıb

Azərbaycan alkoqollu içkilərin ixrac və idxalını artırıb
# 18 may 2021 12:19 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 5 112,30 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.

Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,73%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 20 651,14 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,2% çoxdur. Cari ilin yanvar-aprel aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,59% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR