Azərbaycan bu il Özbəkistan kondisionerlərinin əsas idxalçısı olub

Azərbaycan bu il Özbəkistan kondisionerlərinin əsas idxalçısı olub
# 08 iyun 2021 11:26 (UTC +04:00)

Özbəkistan bu ilin yanvar-may aylarına kondisioner idxalını kəskin artıraraq 3,6 mln. ABŞ dollarına çatdırıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 mln. dollar və ya 3,3 dəfə çoxdur.

"APA-Economics"in Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu il Özbəkistandan kondisioner idxal edən əsas ölkə Azərbaycan olub. Belə ki, hesabat dövründə Özbəkistandan Azərbaycana 2,4 mln. dollarlıq kondisionerlər tədarük olunub.

Ümumiyyətlə, Özbəkistan cari il ərzində kondisioner ixracını əsasən səkkiz ölkəyə həyata keçirib – Rusiya (315,9 min dollar), Türkmənistan (304,4 min dollar), Tacikistan (223,8 min dollar), Qazaxıstan (159,9 min dollar), Qırğızıstan (59,6 min dollar), Moldova (38,8 min dollar) və Yəmən (18,3 min dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR