Azərbaycan gürcü şərabının idxalını kəskin artırıb

Azərbaycan gürcü şərabının idxalını kəskin artırıb
# 21 iyun 2021 16:30 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 331,21 min ABŞ dolları məbləğində 88 442 litr üzüm şərabı ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, idxal edilən məhsulun dəyəri illik müqayisədə 127,31 min dollar və ya 62,4%, həcmi isə 43 157 litr və ya 95,3% artıb. Belə ki, 2020-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 203,90 min dollar dəyərində 45 285 litr üzüm şərabı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR