Azərbaycan məhsullarının Britaniyaya ixracı təşviq ediləcək

Hovard Lin

© APA | Hovard Lin

# 21 may 2021 14:15 (UTC +04:00)

Bakıda Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası açılıb.

"APA-Economics"in məlumatına görə, açılış mərasiminə həsr olunmuş tədbirdə çıxış edən Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatasının yaradıcılarından biri, "Rapid Solutions" şirkətinin regional direktoru Hovard Lin (Howard Lyn) qeyd edib ki, palatanın əsas məqsədlərindən biri daha çox Böyük Britaniya şirkətlərini Azərbaycana cəlb edərək, burada biznes qurmaqlarına dəstək olmaqdır.

Onun sözlərinə görə, palatanın yaradılması ideal vaxta təsadüf edib. Belə ki, Azərbaycan ərazilərini azad edib və ölkənin iqtisadi potensialı, xüsusilə də turizm sahəsində artıb.

H. Lin onu da qeyd edib ki, palatanın məqsədlərinə həm də Azərbaycanın yerli şirkətlərinin məhsul və xidmətlərinin Britaniyaya ixracını təşviq etməsi də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR