Azərbaycan Moskva vilayətindən dondurma idxal edən ölkələrin ilk beşliyinə düşüb

Azərbaycan Moskva vilayətindən dondurma idxal edən ölkələrin ilk beşliyinə düşüb
# 19 may 2021 16:28 (UTC +04:00)

Azərbaycan Rusiyanın Moskva vilayətindən dondurma idxal edən əsas beş ölkə siyahısına daxil olub.

"APA-Economics"in Moskva vilayətinin Kənd Təsərrüfatı və Qida Nazirliyinə istinadən verdiyi məlumata görə, Moskva vilayəti dondurma ixracını ilin əvvəlindən bu yana 40%-dən çox artırıb.

İlin əvvəlindən bəri məhsullar ABŞ, Azərbaycan, Ermənistan, Almaniya, Gürcüstana və digər ölkələrə tədarük olunub.

Məlumata görə, ilin əvvəlindən Moskva vilayətindən 958,4 min ABŞ dolları dəyərində dondurma ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR