Azərbaycanda daha bir soyuducu istehsalı zavodu tikilə bilər

Azərbaycanda daha bir soyuducu istehsalı zavodu tikilə bilər
# 01 dekabr 2021 15:27 (UTC +04:00)

Azərbaycanda daha bir soyuducu istehsalı zavodunun qurulması planlaşdırılır.

Bunu "APA-Economics"ə Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov deyib.

Onun sözlərinə görə, istehsal müəssisəsinin Gəncədə yaradılması nəzərdə tutulur.

"Bu layihənin icrası ilə bağlı Türkiyə ilə əməkdaşlıq etmək istəyirik və hazırda bu istiqamətdə danışıqlar aparılır", - deyə Z. Məmmədov qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 483 ədəd məişət soyuducusu istehsal olunub. İllik ifadədə istehsal 21,5% azalıb. Noyabrın 1-nə hazır məhsul istehsalı 172 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR