Azərbaycanda ictimai iaşə dövriyyəsi 15%-dən çox artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 15%-dən çox artıb
# 14 sentyabr 2021 18:04 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 547,9 mln. manat olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3% artaraq 275,2 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR