Azərbaycandan üç ölkəyə meyvə şirəsi və spirtsiz içkilər ixracında yaranan çətinlik aradan qaldırılıb

Azərbaycandan üç ölkəyə meyvə şirəsi və spirtsiz içkilər ixracında yaranan çətinlik aradan qaldırılıb
# 19 oktyabr 2021 15:37 (UTC +04:00)

Azərbaycandan İndoneziya, İordaniya və İraqa meyvə şirəsi və spirtsiz içkilər ixracında yaranan çətinlik aradan qaldırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, Azexport.az portalı vasitəsilə “Made in Azerbaijan” adı altında ixrac ediləcək məhsullara sərbəst satış sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar sayəsində qeyd olunan üç ölkəyə bu kateqoriyadan olan məhsulların ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Qeyd edək ki, Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR