“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək

“Azəriqaz”ın rəhbərliyi Lənkəranda sahibkarlarla görüşəcək
# 30 noyabr 2021 11:00 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.

İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

APA-Economics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR