"Johnson & Johnson" günəşdən qoruyan aerozollarını geri çağırıb

"Johnson & Johnson" günəşdən qoruyan aerozollarını geri çağırıb
# 16 iyul 2021 10:01 (UTC +04:00)

"Johnson & Johnson" şirkəti nümunələrində benzol aşkarlandığı üçün günəşdən qoruyan aerozolları geri çağırıb. Söhbət "Neutrogena" və "Aveeno" markalarının günəşdən qoruyan beş aerozolundan gedir.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

ABŞ istehsalçısı aşkar edilən benzolun konsentrasiyasının sağlamlığa mənfi təsir göstərməməli olduğunu iddia edir. Buna baxmayaraq, ehtiyat üçün və benzolun ümumiyyətlə günəşdən qoruyan aerozolların tərkibində olmaması faktı nəzərə alınaraq istehsalçı qeyd edilən məhsulların bütün partiyalarını geri çağırmağa qərara gəlib. İstehlakçılara bu məhsullardan istifadə etməmək və xərclənən pulların geri qaytarılması ehtimalı ilə şirkətlə əlaqə saxlamaq tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR