Mişustin: MDB ölkələri ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıra bilib

Mixail Mişustin

© APA | Mixail Mişustin

# 12 noyabr 2021 14:08 (UTC +04:00)

Bu ilin birinci yarısında MDB ölkələri ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıra biliblər.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Onun sözlərinə görə, pandemiya MDB ölkələri və bütün dünya üçün ciddi sınaq, işgüzar fəallığın azalmasına səbəb olsa da, Birlik ölkələrinin iqtisadiyyatları tədricən bərpa olunur.

"Bu ilin birinci yarısında qarşılıqlı ticarət demək olar ki, 27%, xarici ticarət dövriyyəsi isə dörddə birdən çox artıb, bütövlükdə MDB ölkələrində ümumi daxili məhsul demək olar ki, 4,5% artıb", - Rusiyanın Baş naziri qeyd edib.

O həmçinin, yükdaşımalar və sənaye istehsalında da artımın müşahidə olduğunu vurğulayıb: "Belə nəticələr, digərləri ilə yanaşı, vahid məhsul bazarının sabitliyini təmin etmək üçün gördüyümüz operativ tədbirlər sayəsində əldə edilib", - deyə M. Mişustin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR