VEYSƏLOĞLU son 3 ayda 5 min ton məhsulu tarladan birbaşa rəflərə gətirib

VEYSƏLOĞLU son 3 ayda 5 min ton məhsulu tarladan birbaşa rəflərə gətirib
# 01 sentyabr 2021 14:57 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu "Tarladan rəfə" prinsipinə sadiq qalaraq əhalinin yerli və təbii məhsullarla təminatını davam etdirir.

Belə ki, Şirkətlər Qrupunun 2021-ci ilin may ayından etibarən fəaliyyətə başlayan Meyvə-Tərəvəz satınalma şirkəti kənd təsərrüfatı məhsullarının birbaşa fermerdən alışını həyata keçirir. Şirkətin hədəfi əhalinin uyğun qiymətə və təbii məhsullarla təmin edilməsi, həmçinin ölkənin əkinçilik potensialının tam olaraq üzə çıxarılması və kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır.

İlkin mərhələdə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi rayonlarında fəaliyyət başlanılıb. Belə ki, artıq Veysəloğlu Şirkətlər Qrupuna aid supermarket və marketlərin soğan ehtiyacının 98%-i (təqribən 1 400 ton), kartofun 95%-i (təqribən 2 000 ton) və kökün 100%-i (200 ton) birbaşa fermer təsərrüfatlarından alınaraq ödənilir.

Veysəloğlu Şirkətlər Qrupu hazırda 62 aktiv kənd təsərrüfatı subyektindən məhsul alışları həyata keçirir. Qeyd edək ki, regionlar üzrə ümumilikdə 170-dən çox əkin sahəsində fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin növbəti mövsüm üçün razılıq əldə olunub.

Son 3 ayda təqribən 1.5 milyon manat (5 000 ton) dəyəri olan meyvə-tərəvəz çeşidlərinin birbaşa təsərrüfat subyektləri üzərindən alışları baş tutub. Xüsusi ilə bildirək ki, soğan, kök, kartof, sarımsaq, şaftalı, gavalı, alma, armud və gilas növləri üzrə məhsulların birbaşa kəndlidən alışı həyata keçirildiyi üçün istehlakçılar qiymət və yerli dad meyarı üzrə bu fərqi anlaya bilərlər.

Onu da bildirək ki, Şirkətlər Qrupu logistik əməliyyatların səmərəli və effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğan məhsullarının qəbulu, saxlanılması və çatdırılması məqsədi ilə Mingəçevir və Salyan rayonlarda yerli saxlama məntəqələrini istifadəyə verib.

Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarket və "Oba" marketlər şəbəkəsində birbaşa satılmasını istəyən fermerlər +994 55 900 67 74 əlaqə nömrəsinə müraciət edə bilərlər.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR